• Göyəm turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 11 356

Tarix : 9-03-2018, 20:45

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Göyəm – 2 kq.

Marinad üçün:
Duz – 1 x.q.
Şəkər tozu – 3 x.q.
9%-li sirkə – 3 x.q.
Mixək – 5-6 ədəd
Yumru qara istiot – zövqdən asılı olaraq
Dəfnə yarpağı – 3-4 ədəd
Su – 1,5 l

Hazırlanması:
Göyəmlər yuyulur, bəndəmləri çıxarılır. Marinad hazırlanır: bütün ədviyyatlar bir qazana yığılır, su tökülür və qaynadılır. Bu vaxt ərzində göyəmlər steril bankalara səliqə ilə yığılır və qaynar marinad onların üzərinə tökülür. Bankalar çatlamasın deyə, qaynar marinadı ora süzən zaman bankaların altına mütləq metal əşya qoyun, məsələn, bıçaq. Bir neçə dəqiqə sonra marinadı yenidən qazana süzürsüz, qaynadırsız və təkrar olaraq, göyəm bankalarının üzərinə süzürsüz. Qapağını bağlayırsız. 3 gündən sonra göyəmlər hazır.

Nuş olsun!
Etiketlər: göyəmlər, yığılır, sonra, olaraq, tökülür, üzərinə, marinadı, Marinad, süzürsüz, qazana, qaynar, mütləq, bankaların, çatlamasın, Bankalar, süzən, zaman, metal, altına, bıçaq
BİZİ İZLƏYİN