• Badımcan turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 101 833

Tarix : 1-06-2014, 05:29

Bölmə : Turşular

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kg kiçik turşuluq badımcan
1 ədəd kiçik baş kələm
1 ədəd kök
3 ədəd qırmızı sousluq bibər
10-15 yarpaq kərəviz
1 dəstə cəfəri
1 su stəkan sirkə
1 baş sarımsaq
1 çay qaşığı şəkər
3-4 ədəd dəfnə yarpağı

Hazırlanması:
Badımcanları yuyub sap və uc qisimlərindən bir barmaq buraxaraq bıçaqın ucu ilə uzunlamasına 4 bərabər hissəyə bölün. Qaynar duzlu suda yumşalana qədər qaynadın. Qaynatma əməliyyatı bitincə bir qabın içinə üst-üstə qoyub, üzərinə bir ağırlıq salaraq acı suyunun getməsi üçün 3-4 saat gözlədin. Bu vaxt kələm, bibər, cəfəri, sarımsaq və kərəviz yarpaqlarını yuyub incə-incə doğrayın. Kökü də təmizləyib kiçik kublar halında doğrayın.
Doğradığınız bütün vəsaiti qarışdırın və acı suyunu salan badımcanların kəsik qisimlərinə doldurub, kərəviz sapı ilə bağlayıb və qaba yerləşdirin.
Turşunun suyunu hazırlamaq üçün qabın tuta biləcəyi qədər suyu hesablayın və bu suya hər litrinə 1,5 xörək qaşığı yenək duzu gələcək şəkildə duz əlavə edib bu suyu qaynadın və soyudun. Su soyuyunca sirkəni də suya əlavə edin. Turşunun üzərini örtəcək şəkildə suyu tökün. Qabın qapağını möhkəmcə bağlayıb 1 ay gözlədin.

Nuş olsun!
Etiketlər: kərəviz, kiçik, qabın, əlavə, suyunu, qaşığı, şəkildə, yuyub, Turşunun, qədər, qaynadın, doğrayın, bağlayıb, sarımsaq, gözlədin, kələm, cəfəri, bibər, kəsik, qisimlərinə
BİZİ İZLƏYİN