• Lobya turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 54 421

Tarix : 1-06-2014, 05:36

Bölmə : Turşular

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd 3 kg-lıq bir qab
2 kg təzə lobya
4 ədəd yaşıl uzunsov bibər
4 diş sarımsaq
1 su stəkanı yemək duzu
4 su stəkanı su
1 çay stəkanı sirkə

Hazırlanması:
Lobyaları yuyub təmizləyin. Bir az su əlavə edərək çox yüngülcə çox yumşatmadan qaynadın, suyunu süzüb soyudun. Qabın içinə əvvəl lobyaların bir qisimini yerləşdirin. 1 ədəd uzunsov bibər və 1 diş sarımsaq qoyun. Təkrarən lobya yerləşdirin. Bu şəkildə düzərək vəsaitləri bitirin. 4 su stəkanı qaynadılıb soyudulmuş suyun içində 1 su stəkan yemək duzunu əridin. 1 çay stəkanı sirkəni də qarışdırın.
Hazırladığınız bu qarışığı turşunun üzərinə tökün. Üzərinə bir ağırlıq qoyaraq lobyaların sirkənin içindən çıxmasına maneə törədin. Qabın qapağını möhkəmcə bağlayaraq 15-20 gün gözlədin.

Nuş olsun!
Etiketlər: stəkanı, lobya, yemək, yerləşdirin, lobyaların, sarımsaq, Qabın, uzunsov, bibər, qarışığı, Hazırladığınız, üzərinə, turşunun, duzunu, stəkan, içində, tökün, əridin, sirkəni, qarışdırın
BİZİ İZLƏYİN