• Qarğıdalı konservası resepti

Reseptin məlumatları Baxış sayı: 7 148

Tarix : 17-02-2019, 12:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Qargidali
Duz,
Şəkər,
Qaynar su.

Hazırlanması:
Qarğıdalını yarpaq və saçaqlarından təmizləyin.

Qarğıdalı sütüllərini qazana qoyun.
Üzərinə qarğıdalı yarpaqlarından yerləşdirilib üzərinə qədər su ilə doldurulub ocağa alın.
Qaynara çıxan sütülləri 20-25 dəqiqə qədər bişirib , ocağın altını söndürün.
Qarğıdalı bir az soyuduqdan sonra qapağını açın və tamamilə soyuması üçün gözləyin.
Sütülləri soyuduqdan sonra qazandan çıxardaraq , əl ilə dənə- dənə qoparılaraq ayırırlar.

Dənələrə ayrılan sütülləri bir qazan içərisinə alın.
Üzərinə bişirmə suyundan tökün və duz əlavəsi ilə 4-5 dəqiqə qədər qaynadın..
Bu vaxt bir tərəfdən də ocağa su qoyub qaynadılaraq hazır edin.
Sütülləri ocaqdan alqdan sonra süzərək qablara paylaşdırın.
Üzərilərinə çıxacaq şəkildə qaynar su əlavəsi ilə 1 çay qaşığı toz şəkər (yarım kiloluq qab üçün) əlavə olunaraq qabların qapağı möhkəmcə bağlayın .
Daha sonra qabların qapağı alta düşəcək şəkildə soyumağa qoyun.

Hazırlanan qarğıdalı konservi bir gecə bu şəkildə istirahət etdirilir.
Ardından sərin bir yerə qaldırılıb uzun müddət saxlanıla bilər.

Nuş olsun!
Etiketlər: sonra, şəkildə, qədər, sütülləri, ocağa, dəqiqə, soyuduqdan, əlavəsi, Sütülləri, qarğıdalı, qabların, qapağı, Qarğıdalı, Üzərinə, qoyun, Üzərilərinə, paylaşdırın, çıxacaq, saxlanıla, qaşığı
BİZİ İZLƏYİN