• Dünyanın ən sağlıqlı turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 2 837

Tarix : 12-03-2019, 12:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 ədəd qırmızı çuğundur(1 kq),
1,5 stəkan alma sirkəsi,
1 çay qaşığı duz,
10 diş sarımsaq,
1-3 ədəd dəfnə yarpağı,
6-8 ədəd müxək,
4-5 ədəd fəsləyən yarpağı,
3-4 ədəd iri istiot,

Hazırlanması:
Çuğundurları yuyub soyun və çox da kiçik -kiçik olmaynan hissələrə bölün.
Doğradığınız çuğundurları qazana yığıb üzərini 1 barmaq keçəcək qədər su əlavə edin.
Çox əzilməməsi üçün vam odda bişirin.
15 dəqiqəyə yaxın bişirin.
Çox qaynadılarsa tərkibində olan antioksidantlar azala bilər.
Bişdikdən sonra üzərinə dəfnə yarpağı,mixək,sarımsaq, fəsləyən, sarımsaq və sirkəni əlavə edin.
Soyuyunca istifadə edə bilərsiniz.
Suyu çox olubsa onu atmayın.
Bu turşunun rəngini istədiyiniz kimi dəyişdirə bilərsiniz.
Necə dəyişdirərsiniz?
Bunun üçün su qaynayan təki içərisinə limon suyu əlavə edin.
Bu zaman suyun rəngi açılacaqdır.
Əgər suyun içərisinə qabartma tozu əlavə edərisinizsə suyun rəngi tündləşəcəkdir.
Artıq seçim sizə qalır.

Nuş olsun!
Etiketlər: əlavə, suyun, yarpağı, sarımsaq, rəngi, kiçik, bilərsiniz, bişirin, fəsləyən, içərisinə, dəfnə, seçim, qalır, olubsa, istifadə, Artıq, atmayın, Soyuyunca, sonra, üzərinə
BİZİ İZLƏYİN