• Xiyar turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 5 017

Tarix : 15-04-2019, 12:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Turşuluq xiyar,
Diş- diş ayırtlanmış sarımsaq,
Noxud,
Turşu suyu,
Şüyüd,
Dəfnə yarpağı,

Hazırlanması:
Körpə və kiçik xiyarları yaxşıca yuyun.
Yuduqdan sonra suyunu süzməyə qoyun.
Nəmli qalan hissələrini isə dəsmal ilə qurudun.
Xiyarların üzərində bir neçə yerindən çəngəllə deşin.
Turşu hazırlayacağınız bankaların alt hissəsinə 5-6 dənə diş sarımsaq və noxud dənələri yerləşdirin.
Xiyarları əzmədən bankaları doldurun.
Xiyar qatlarının aralarına sarımsaq və noxud dənələri yığın.
Bankanın üst hissəsinə şüyüd dəstəsi və bir neçə dənə dəfnə yarpağı ilə qapağı qoyun.
Daha öncə bəhs etdiyimiz ölçüler əsasında hazırladığınız turşu suyunu xiyarın üzərinə əlavə edin.
Suyu da əlavə etdikdən sonra bankanın ağzını möhkəm bağlayın.
Xiyarlar turşuduqca bankalardan sular axaraq azalır .
Buna görə də su azaldıqca bankaya turşu suyu əlavə etmək lazımdır.
Xiyarın seçilməsindən asılı olaraq kölgə və ətraf temperatur şəraitində 3-5 həftə içində yeyilnməyə hazır olacaqlar.

Nuş olsun!
Etiketlər: əlavə, sarımsaq, noxud, hissəsinə, sonra, dənələri, yarpağı, qoyun, turşu, suyunu, Turşu, bankalardan, möhkəm, Xiyarlar, bağlayın, turşuduqca, etdikdən, əsasında, ölçüler, etdiyimiz
BİZİ İZLƏYİN