• Badımcan turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 4 291

Tarix : 19-04-2019, 12:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kq turşuluq badımcan,
3-4 orta boy yaşıl pomidor,
3-4 orta boy qırmızı pomidor,
1 dənə kiçik kələm,
6-7 ədəd yaşı uzunsov bibər,
6-7 ədəd qırmızı bibər,
6-7 ədəd orta boy kök,
1 dəstə cəfəri,
1 dəstə kərəviz sapı,
1 baş sarımsaq,
1 qəhvə fincanı sirkə,
İri duz,
Yarım kəhvə fincanı toz şəkər,
Arzuya görə acı bibər,
Qarğıdalı yarpağı

Hazırlanması:
Yaxşı qaynanmış su içərisində badımcanları yaxşıca pörtlədin.Pörtlədib qurtarandan sonra badımcanların qarnını bıçaqla açın.
Digər tərəfdə turşunun içini hazırlayın.
Kələmi incə-incə doğrayın və bir az iri duz ilə ovxalayın.
Yaşıl bibəri, qırmızı bibəri, yaşıl və qırmızı pomidorları, kərəviz saplarını, cəfərini incə doğrayıb kələmə əlavə edin.
Sarımsaqları da incə doğrayıb ərzaqlara qatın.
Kökü təmizləyərək rəndələyin və digər ərzaqlara qatın.Bütün ərzaqları yaxşıca qarışdırın.
İçləri açılmış badımcanların içini doldurun.
İsti suda tel -tel ayrılmış qarğıdalı qabığı ilə bağlayın.
Sonra turşu balonlarına doldurun.
Turşunun ərzaqları artıq qalmış olarsa suyu ilə birlikdə badımcanların arasına doldurun.
Badımcan turşusunun suyu üçün 1 l suya 2 yemək qaşığı dolu duz əlavə edib qaynadın.
Siz ərzalarınıza görə bunu ayarlaya bilərsiniz.
Duzlu su soyuyunca içərisinə sirkə, şəkər əlavə edib turşu bankalarına düzülmüş badımcanların üzərinə əlavə edin.
Ən üstə arzuya görə acı bibər və dəfnə yarpağı qoyaraq qapağını bağlaya bilərsiniz.

Nuş olsun!
Etiketlər: bibər, əlavə, badımcanların, qırmızı, doldurun, doğrayıb, ərzaqları, yaxşıca, şəkər, yarpağı, bibəri, turşu, bilərsiniz, fincanı, sirkə, yaşıl, dəstə, qatın, ərzaqlara, içini
BİZİ İZLƏYİN