• Çuğundur turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 3 347

Tarix : 15-05-2019, 12:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 kq çuğundur,
10 diş sarımsaq,
1 su stəkanı sirkə,
1 şirniyyat qaşığı toz şəkər,
1 yemək qaşığı duz,

Hazırlanması:
Çuğundurun yaşıl yarpaqlarını kəsin.
Çuğundur köklərinin torpaqlarını təmizlədikdən sonra bol suyla təmiz-təmiz yuyun.
Turşuyu hazırlayacağınız bankanın alacağı qədər suyun içinde çuğunduru bişirin.
Bişirdiyiniz çuğundurları sudan çıxardaraq isti -isti qabıqlarını soyun.
Çuğundurların böyüklüyünə görə bölün.
Doğradığınız çuğundurları bankalara yığın.
Qabıqlarını soyduğunuz sarımsaqları duz ilə yaxşıca döyün.
Çuğundur bişirdiyiniz suyun içinə 1 su stəkanı sirkəylə birlikdə atın və duzun əriməsini gözləyin.
Duz əridikdən sonra 1 şirniyyat qaşığı şəkər əlavə edib bankanın ağzını möhkəm bağlayın.
Otaq temperaturunda 2 gün saxladıqdan sonra sərin yerə qoymaq lazımdır.

Nuş olsun!
Etiketlər: sonra, qaşığı, Çuğundur, suyun, təmiz, bankanın, çuğundurları, stəkanı, şirniyyat, şəkər, bankalara, sirkəylə, içinə, Doğradığınız, bişirdiyiniz, yaxşıca, Qabıqlarını, soyduğunuz, sarımsaqları, yığın
BİZİ İZLƏYİN