• Təzə lobya turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 4 190

Tarix : 28-06-2019, 12:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq təzə lobya,
1 litr su,
1 çay stəkanı üzüm sirkəsi,
1 baş sarımsaq,
2 şorba qaşığı qaya duzu,
1 şirniyyat qaşığı limon duzu,
2 litr su (lobyaları qaynatmaq üçün),
2 litr buzlu su (lobyaların möhkəmlənməsi üçün),

Hazırlanması:
Lobyaları heç kəsmədən bütöv olaraq yuyub təmizləyin.
2 litr suyu qaynadın və qaynamaqdaykən lobyaları içinə atın.
2-3 dəqiqə . yüngül rəngi dəyişənə qədər qaynar suda tutun.
Qaynadılan lobyaları kəfkirin köməyi ilə alıb buzlu suya qoyun, belə edəndə lobyaların rəngləri yamyaşıl qalır.
2 litrlik qaba lobyaları düz olaraq yerləşdirin, qabın altına və lobyaların aralarına sarımsaq qoyun.
Ayrı bir qabda 1 litr su, sirkə, duz və limon duzunu qarışdıraq, qaba tökün.
Qabın ağızını möhkəmcə bağlayıb günəş almayan sərin bir yerə qoyun.
10 günün sonunda turşunuz hazır olacaq.

Nuş olsun!
Etiketlər: lobyaları, lobyaların, qoyun, buzlu, limon, olaraq, sarımsaq, qaşığı, aralarına, altına, qabda, sirkə, duzunu, qabın, litrlik, olacaq, yamyaşıl, qalır, qarışdıraq, yerləşdirin
BİZİ İZLƏYİN