• Ən dadlı xiyar marinadının resepti

Reseptin məlumatları Baxış sayı: 3 346

Tarix : 23-11-2020, 12:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 ədəd xiyar,
1 ədəd soğan,
400 ml ağ şərab sirkəsi,
2 xörək qaşığı xardal toxumu,
1 xörək qaşığı duz,
30 qr şəkər tozu və 1/2 çay qaşığı sarıkök lazımdır.

Hazırlanması:
Xiyarları yuyun və 3-4 mm qalınlığında halqavari doğrayın. Soğanı da yarımhalqa doğrayın. Balaca qazana şərab sirkəsi, sarıkök, duz, xardal toxumu və şəkər tozu töküb zəif ocaqda qaynadın. Qaynayan marinada doğranmış xiyar və soğanları əlavə edib qaynadın. Ocağın altını söndürüb marinadla birgə xiyarları balaca bankalara bölüşdürün. Qapağını bağlayın və kənara soyuması üçün qoyun. Bankaları soyuducuya yerləşdirin.

Nuş olsun!
Etiketlər: qaşığı, şəkər, sarıkök, doğrayın, xiyar, toxumu, qaynadın, şərab, sirkəsi, xardal, xörək, xiyarları, bankalara, balaca, birgə, söndürüb, bölüşdürün, marinadla, altını, bağlayın
BİZİ İZLƏYİN