• Az duzlu sarımsaq turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 15 453

Tarix : 14-10-2014, 19:00

Bölmə : Turşular

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq təmizlənmiş sarımsaq
duz
su
qarağat, albalı şüyüd yarpaqları, şüyüd, turp yarpağı

Hazırlanması:
Sarımsağı dişlərinə ayırıb qabığını soyun. 1 l isti suya 80 q duz hesabı ilə marinad hazırlayın. Üçlitrlik balona bir neçə qara qarağat, albalı yarpağı, şüyüd, turp yarpağı qoyun, 1 kq sarımsağı yığıb üzərinə marinad tökün. Marinad sarımsağı tamamilə örtməlidir. Balonun ağzını ikiqat cuna ilə örtüb kapron iplərlə bağlayın. 15-22 dərəcə temperaturda saxlayın. 4-5 gün sonra yemək olar.

Nuş olsun!
Etiketlər: şüyüd, yarpağı, marinad, albalı, sarımsağı, qarağat, ikiqat, Marinad, ağzını, örtməlidir, örtüb, tamamilə, Balonun, bağlayın, sonra, yemək, olsun, saxlayın, temperaturda, iplərlə
BİZİ İZLƏYİN