• Alma sirkəsində sarımsaq resepti

Reseptin məlumatları Baxış sayı: 15 006

Tarix : 14-10-2014, 21:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
10-12 litrlik vedrəylə bir sarımsaq (3 3-litrlik balon alınır)
1 şüşə alma sirkəsi

1 ədəd 3-litrlik balon üçün:
5 x.q. duz
2,5 x.q. şəkər tozu
20 x.q. alma sirkəsi

Hazırlanması:
Sarımsaqları yuyub emallı vedrəyə yığın, üstünə sirkə tökün. Soyuq su da əlavə edib 40 gün saxlayın. Sonra suyunu süzüb axar suyun altında 1 saat yuyun. Sarımsaqları balonlara doldurun. Duz, şəkər tozu və sirkəni (hər balon üçün göstərilən miqdarda) qarışdırıb sarımsaqların üstünə tökün. Balon dolanacan isə su tökün. Ağzını kapron qapaqla bağlayın. 2-3 həftəyə hazır olur.

Nuş olsun!
Etiketlər: tökün, litrlik, balon, Sarımsaqları, üstünə, sirkəsi, şəkər, sarımsaqların, doldurun, balonlara, qarışdırıb, miqdarda, göstərilən, sirkəni, Balon, kapron, həftəyə, hazır, olsun, bağlayın
BİZİ İZLƏYİN