• Çuğundurlu sarımsaq turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 14 502

Tarix : 14-10-2014, 22:00

Bölmə : Turşular

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Suyu üçün:

0,5 kq çuğundura 250 ml su

Marinad üçün:
1 litr suya 100 ml 9%-li sirkə, 50 q duz, 50 q şəkər tozu, 100 ml çuğundurlu su

Hazırlanması:
Çuğunduru sürtgəcin xırda gözündən keçirin. Üstünə göstərilən miqdarda su töküb qarışdırın, cunadan sıxıb süzün. Marinadın içinə xırda doğranmış çuğundur da qoymaq olar.

Marinad üçün olan ərzaqları qarışdırıb ocağın üstünə qoyun, qaynara düşəndə götürün.

Sarımsaq dişlərini təmizləyib qaynar suda 2-3 dəqiqə saxlayın, sonra çıxarıb soyuq suda soyudun. Bankalara yığıb üstünə qaynar marinad tökün.

Bankaları 5 dəqiqə sterilizə edin, bağlayın.
Çuğundurlu sarımsaq turşusu resepti


Nuş olsun!
Etiketlər: dəqiqə, qaynar, xırda, Marinad, üstünə, təmizləyib, saxlayın, dişlərini, götürün, qoyun, qaynara, düşəndə, sonra, Sarımsaq, soyuq, Bankaları, sterilizə, bağlayın, olsun, tökün
BİZİ İZLƏYİN