• İçli sirkəyə qoyulmuş badımcan resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 55 730

Tarix : 16-12-2014, 18:00

Bölmə : Turşular / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xırda nazik badımcan
Sarımsaq
Keşniş
Şüyüd
Nanə
Reyhan
Tərxun
Duz
Şərab sirkəsi

Hazırlanması:
Göyərtini yuyub, doğrayın. Doğranılmış sarımsağı göyərtiylə qarışdırın, duz əlavə edin.

Xırda badımcanları saplaqdan təmizləyib uzununa yarın, oraya duz səpin. 0,5 saat saxlayın, sonra badımcanları yuyun. Suya duz əlavə edib qaynadın. Qaynar suya badımcanları atın. Əgər badımcanlar xırdadırsa, onda onları 2-3 dəqiqə qaynadın. Badımcanlar nə bərk, nə yumşaq olmalıdırlar. Pörtülmüş badımcan aşsüzənə yığılır, üstünə ağır əşya qoyub 3 saat saxlanır. Hazırlanmlş iç badımcanların arasına doldurulur, bankaya yığılıb üzərinə sirkə tökülür. Bankanı bağlayıb soyuq yerə qoyun.
İçli sirkəyə qoyulmuş badımcan resepti - FOTO RESEPT

İçli sirkəyə qoyulmuş badımcan resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: badımcanları, əlavə, badımcan, qaynadın, Xırda, aşsüzənə, yığılır, üstünə, Pörtülmüş, qoyub, yumşaq, onları, xırdadırsa, dəqiqə, Badımcanlar, saxlanır, olmalıdırlar, badımcanların, Bankanı, tökülür
BİZİ İZLƏYİN