• Duza qoyulmuş kələm resepti

Reseptin məlumatları Baxış sayı: 34974

Tarix : 11.08.2015, 14:00

Bölmə : Turşular

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
10 kq kələm
200-250 q. duz
500 qr kök
Kərəviz
1 kq. alma
5 qr cirə

Hazırlanması:
Hazırlamaq üçün kələm nazik-nazik doğranır, enli ləyənin içərisində duzlanıb 1 saata kimi saxlanır. Kələmə xoş rəng vermək və dadını yaxşılaşdırmaq üçün ora nazik doğranmış kök, kərəviz, bütöv alma, cirə tökmək lazımdır. 1 saatdan sonra kələm balonlara və ya çəlləklərə yığılıb yaxşı basdırılır ki, aralarında hava qalmasın və kələmin şirəsi üzə çıxsın. Üstdən kələm hamarlanır və xarab olmasın deyə, kələmin bütöv yarpaqları ilə örtülür. Yarpaqların üstündən taxta parçası qoyulur, ağır yüklə basılır. Elə etmək lazımdır ki, taxta parçalarının üstünə 3-4 sm hündürlüyündə şirə çıxsın. Hazır kələmdən istifadə etdikdə qalan hissəni yenə də ağır yüklə basdırmaq lazımdır ki, kələm şirənin içində olsun, çünki şirəsiz qalan kələm tez xarab olur. Əgər hazır olmuş kələmdən istifadə etmirsinizsə, onda üzərinə bir qat (2 sm) bitki yağı töküb saxlayın. Belə kələmi uzun müddət saxlamaq olar.

Nuş olsun!


Etiketlər: kələm, lazımdır, nazik, çıxsın, kələmin, olsun, taxta, yüklə, istifadə, bütöv, kələmdən, qalan, xarab, Hazırlamaq, doğranır, etdikdə, Hazırlanması, basdırmaq, hissəni, Hazır
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN