• Közlənmiş qırmızı bibər turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 25 317

Tarix : 19-03-2016, 22:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 kg ətli qırmızı bibər,
1,5 su stəkanı sirkə,
2 çay stəkanı zeytun yağı,
1/2 çay stəkanı iri duz,
1 yemək qaşığı şəkər,
1/2 dəstə cəfəri,
1 baş sarımsaq,
5 – 6 ədət dəfnə yarpağı,

Hazırlanması:
Bibərləri təmiz yuyub qurudun.
Çəngəllə bir neçə yerindən deşin.
Sonra bibərləri közləyin. (mangalda olsa daha yaxşı olardı).
Fırında 200 dərəcədə, mangalda köz üstündə və ya teflon tavada çevirərək bibərləri közləyin.
Bibərləri isti halda aliminium folyoya zərf kimi bükərək ağzı bağlı bir naylon totbaya qoyun, yaxud da bir qazana qoyub üzərinə dəsmal örtərək qapağını örtün.
Bu şəkildə 30-60 dəqiqə saxlayın, çünki bibərlər soyuduqdan sonra qabıqları asan soyulacaqdır.
Sonra bibərlərin çəkirdəklərini təmizləyin.
Bir qab içində sirkə, iri duz, şəkər və zeytun yağını qarışdırın.
Qabıqları soyulmuş bibərləri istədiyiniz şəkildə kəsin.
Şüşə bankanın altına 1-2 dəfnə yaprağı qoyun.
Bibərləri yerləşdirin.
Hər 3-4 sıra bibərdən sonra, soyulmuş sarımsaq və hazırladığınız qarışıqdan qoyun.
Bibərlər bitənə qədər bu prosesi təkrarlayın.
Ən üstə dəfnə yarpağı və cəfəri yerləşdirin.
Qarışığın geri qalanını üstündən tökün.
Üstdə boşluq qalarsa zeytun yağı tökərək hava ilə təmasda olmasının qarşısını kəsin.
1 həftə sonra turşu hazır olacaqdır.
Işıq olmayan sərin bir yerdə mühafizə edin.
Püf nöqtəsı:
Mangalda közləmək daha keyfiyyətli olar.

Nuş olsun!
Etiketlər: bibərləri, Bibərləri, stəkanı, zeytun, dəfnə, qoyun, sonra, kəsin, yarpağı, Sonra, mangalda, közləyin, sarımsaq, yerləşdirin, soyulmuş, cəfəri, şəkildə, sirkə, şəkər, bibərdən
BİZİ İZLƏYİN