• Qırmızı çuğundurlu kələm turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 52 625

Tarix : 10-03-2016, 14:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 orta boy qırmızı çuğundur,
Bir kiçik kələmin yarısı,
2 ədət kök,
1.5 su stəkanı üzüm sirkəsi,
2 yemək qaşığı duz (qaşıq silmə olacaq),
3 iri diş sarımsaq,

Hazırlanması:
Orta boy qazana yarıya qədər su qoyun. Sirkənin yarısı və 1 yemək qaşığı duzu da əlavə edib qaynamağa qoyun.
Qaynayan suda iri doğranmış kələmləri 2-3 dəqiqə qədər bişin. (Çok yumşalmayacaq).
Bişən kələmləri kəfgirlə alın.
Aşsüzənin içinə qoyub yayın. (Üst- üstə olarsa istisiylə daha çox bişirə bilər).
Sonra çuğundurları soyub eynı boyda doğrayın və kökü əlavə edin. 7-8 dəqiqə yumşalana qədər bişirın.
Bişib süzülən kələmləri ayrı bir qaba alın. Çuğundur və kökü da sudan çıxardıb kələmin içinə əlavə edin.
Sarımsağı incə -incə doğrayıb 2 l- lik bankalara yerləşdirib qalan sirkəni və tərəvəzlərin üzərini geçəcək qədə su doldurun.
Əlinizlə tutaraq suyu başqa bir qaba tökün. Duzunu töküb qarışdırın və suyu yenidən turşunun üzərinə tökün.
Tərəvəzlərin üstdə qalmaması üçün üzərinə kiçik bir ağırlıq qoya bilərsiniz.
Həmən ertəsi gün turşunu yeyə bilərsiniz.
Ancaq 2 gün gözlərsəniz dadı daha yaxşı olar.

Nuş olsun!
Etiketlər: əlavə, kələmləri, qədər, qaşığı, yemək, üzərinə, qoyun, bilərsiniz, içinə, kələmin, tökün, dəqiqə, yarısı, kiçik, üzərini, doldurun, tərəvəzlərin, geçəcək, bankalara, sudan
BİZİ İZLƏYİN