• Qarışıq turşu resepti

Reseptin məlumatları Baxış sayı: 34 073

Tarix : 2-09-2015, 10:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 dənə kələm,
yarım kq kök,
yarım kq qırmızı bibər,
1 baş sarımsaq,
2 şorba qaşığı limon duzu,
Duz,
Bir az kereviz yarpaqları (istərsəniz),

Hazırlanması:
Kələmin üst yarpaqları alın və yuyun.
Kələmi əvvəlcə 5-6 hissəyə bölün sonra 3-4 mm incəliyində doğrayın.
Kökləri rəndələyin.
Qırmızı bibəri yuyun.
Toxumlarını təmizləyin.
Onu da doğrayın.
Sarımsaqları təmizləyin.
Onları da 4-5 yerə doğrayın.
Kərəviz yarpaqlarını da yuyun və incə- incə doğrayın.
Limon duzunu narın əzin.

Nuş olsun!
Böyükçə bir qazana doğradığınız kələmi, qırmızı bibər,kərəviz yapraqları ,sarımsaq və rəndələdiyiniz kökləri qoyun.
Üzərinə limon duzunu və normal duzu səpin və əlinizlə bütün ərzaqları bir-birinə qarışdırın.
Həm də əllərinizlə sıxaraq ovuşdurun.
5-6 dəqiqə belə ovuşdurun.
Bütün ərzaqları böyük şüşə bankaya əlinizlə basdıraraq yerləşdirin.
Qapağını möhkəm bağladıqdan sonra işıq almayan sərin bir yerdə (10-12 dərəcə temperaturda) saxlayın.
15-20 gün sonra iştaha ilə yeyə bilərsiniz.
Etiketlər: doğrayın, sonra, yuyun, yarpaqları, limon, ərzaqları, təmizləyin, ovuşdurun, duzunu, əlinizlə, qırmızı, bibər, yarım, sıxaraq, əllərinizlə, qoyun, kökləri, rəndələdiyiniz, qarışdırın, Üzərinə
BİZİ İZLƏYİN