• Közlənmiş qırmızı bibər resepti

Reseptin məlumatları Baxış sayı: 24 055

Tarix : 24-08-2015, 14:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kq qırmızı bibər,
2 baş sarımsaq,
yarım çay stəkanı sirkə,
yarım çay stəkanı zeytun yağı,
1 ,5 şirniyyat qaşığı iri duz,
1 şirniyyat qaşığı şəkər,
1 litrə su,

Hazırlanması:
Bibərləri yuyun.
Başlarını bıçaqla kəsib dolma bibəri oyar kimi içini çıxardın.
Fırın sinisinə düzün , yarım saata yaxın arxalı önlü olacaq şəkildə 200 dərəcə qızdırılmış fırında bişirin.
İsti halda diqqətli bır şəkildə soyun.
Bankalara doldurun və sarımsağı əlavə edin.
Sirkə, zeytun yagı, duzu, şəkəri suya qataraq qarışıq hazırlayın və bankalara yığdığınız bibərlərin üzərinə tökün.
Qapagını möhkəm bağlayın.
Soyuducuda 1 gün saxlayın.
Bir həftə içərisində istifadə edə bilərsiniz.

Püf nöqtələri:
Bankaların ağzını möhkəm bağlayın.
Hava almamalıdır, çünki hava alan bibər turşusu qısa zaman ərzində xarab ola bilir.
Mütləq soyuducuda saxlayın.
Sızma zeytun yağı işlətsəniz daha da dadlı olar.
Soyuducuya qoyduqda yağ donacaqdır.
Dadı zövqünüzə uygun hazırlayın.

Nuş olsun!
Etiketlər: yarım, zeytun, bibər, saxlayın, şirniyyat, möhkəm, bağlayın, şəkildə, qaşığı, stəkanı, hazırlayın, qataraq, qarışıq, həftə, içərisində, bilərsiniz, istifadə, Soyuducuda, bankalara, nöqtələri
BİZİ İZLƏYİN