• Kələm turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 216 835

Tarix : 12-06-2014, 16:36

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
10 kq kələm
4 ədəd qırmızı çuğundur
3 ədəd acı bibər
3-4 baş sarımsaq
1 dəstə kərəviz
1 dəstə şüyüd (Əgər quru şüyüd başı və quru kərəviziniz varsa ondan tökə bilərsiniz)
Quru reyhan
Duz

Hazırlanması:
Kələmi doğrayırıq.
Çuğunduru sürtgəcin böyük gözündən keçiririk.
Göyərtiləri doğrayırıq.
Sarımsağı qabığından təmizləyib yuyuruq. Acı bibəri yuyuruq.
Şüşə banka ya da tuj qazan götürürük.
Əvvəl kələmdən tökürük sonra üstünə göyərtilər, reyhan qurusu, acı bibər və çəkilmiş çuğundur səpirik.
Eyni qayda ilə hamısını qat-qat yığırıq. Ya da istəsəniz böyük qabda hamısını qarışdırıb qaba yığa bilərsiniz.
Duzlu su düzəldirik 1 litrlik bankaya 3 x.q duz töküb qarışdırırıq. Sonra suyu kələmin üstünə tökürük.
Bu şəkildə ağzından 3-4 barmaq aşağı olanadək duzlu su tökürük.
Tutma 2 həftəyə tutulacaq.

Nuş olsun!
Etiketlər: tökürük, böyük, hamısını, yuyuruq, bilərsiniz, reyhan, şüyüd, doğrayırıq, üstünə, çuğundur, bibər, dəstə, Duzlu, düzəldirik, litrlik, yığırıq, qayda, səpirik, bankaya, istəsəniz
BİZİ İZLƏYİN