• Acika kök ilə resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 568

Tarix : 18-01-2016, 16:00

Bölmə : Turşular / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kg pomidor
1 kg kök
500 qr bolqar bibəri
500 qr alma
150 qr sarımsaq
2 əd qırmızı acı bibər
150 qr bitki yağı
1 x/q sirkə (70%)
zövqə görə duz
zövqə görə şəkər tozu

Hazırlanması:
1. Ərzaqlar hazırlanır.

2. Pomidorlar ətçəkəndən keçirilərək bişməyə qoyulur. Qaynama həddinə çatdırılaraq 20 dəqiqə bişirilir.

3. Həmçinin almalar, kök, bolqar bibəri, sarımsaq ətçəkəndən keçirilərək pomidorlara əlavə edilir. Alınan kütləyə bitki yağı, duz və şəkər tozu əlavə edilir. Hamısı birlikdə əlavə olaraq 30 dəqiqə bişirilir. Axıra yaxın xırda doğranmış acı bibər və 1 x/q sirkə əlavə edilir.

4. İsti məhlul sterilizə edilmiş bankalara əlavə edilərək bağlanılıb, dəsmalla bükülür.

5. Acika hazırdı! Yaginki, original abxaz ədviyyatına bənzəməsədə, lakin çox dadlı və iştah açandır.

Acika kök ilə resepti - FOTO RESEPT

Acika kök ilə resepti - FOTO RESEPT

Acika kök ilə resepti - FOTO RESEPT

Acika kök ilə resepti - FOTO RESEPT

Acika kök ilə resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, edilir, bibər, dəqiqə, bitki, şəkər, sirkə, sarımsaq, zövqə, bolqar, bibəri, keçirilərək, bişirilir, ətçəkəndən, bankalara, edilmiş, edilərək, sterilizə, yaxın, Axıra
BİZİ İZLƏYİN