• Yaşıl lobya turşusu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 355

Tarix : 12-02-2016, 21:00

Bölmə : Turşular / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
yarım kilo ucları kəsilmiş yaşıl lobya
2-3 ədəd şüyüd dəsti
yarım ç/q istiot
¼ ç/q xardal toxumları
3 diş sarımsaq
2-3 ədəd qırmızı bibər və ya ¼ ç/q qırmızı bibər

Duzlanması üçün:
1 stəkan su
1 stəkan alma sirkəsi
1 ç/q duz

Hazırlanması:
1. Bankanın uzunluğuna uyğun olaraq lobyaların başları doğranır.

2. Lobyaları rəngləri açılanadək bir qazan qaynar suyun içində 30 saniyə ərzində saxlayıb, sonra oradan çıxarıb buzlu suya yerləşdirin ki bişmənin qarşısı alınsın.

3. Digər boş bir qazana 1 stəkan su, alma sirkəsi və 1 ç/q duz əlavə edib qaynadılır və sonra oddan götürülərək otaq temperaturu vəziyyətinə gətirilir.

4. Bankaya istiot, xardal toxumları, sarımsaq, bibər, şüyüd dəstləri və yaşıl lobyaları əlavə edərək üzərinə şorabanı töküb əmin oluruq ki onlar tam olaraq şoraba ilə örtülüblər.

5. Bankanın qapağını bağlayıb onu 2 günlük soyuducuya yerləşdiririk.
Soyuducuda turşunu 3 aya qədər saxlaya bilərsiniz.

Yaşıl lobya turşusu resepti - FOTO RESEPT

Yaşıl lobya turşusu resepti - FOTO RESEPT

Yaşıl lobya turşusu resepti - FOTO RESEPT

Yaşıl lobya turşusu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: stəkan, bibər, sarımsaq, qırmızı, sirkəsi, əlavə, sonra, Bankanın, toxumları, olaraq, xardal, yaşıl, şüyüd, istiot, yarım, lobyaları, dəstləri, edərək, üzərinə, şorabanı
BİZİ İZLƏYİN