• Sarımsaq turşusu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 32 719

Tarix : 21-02-2016, 19:00

Bölmə : Turşular / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 litrlik banka üçün
10 baş sarımsaq (təxminən yarım kilo)
4 ədəd dəfnə yarpağı
4 ədəd mixək
5-6 ədəd yumru qara istiot
2 xörək qaşığı iri duz
təxminən 2 stəkan üzüm sirkəsi

Hazırlanması:
1. Sarımsaq başlarının üst qabığını bir neçə lay soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütov qalsın.
2. Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün.
3. Bankanı bağlayın. Ehmallıca o tərəf bu tərəfə döndərin ki, ədvalar yayılsın. Bankanı sərin yerə qoyun.Turşu təxminən 2 aya hazırdır.

Qeyd: Sarımsaq bankalarda 2 il belə qala bilər. Nə qədər çox qalsa, bir o qədər dadı yaxşı olar.

Sarımsaq turşusu resepti - FOTO RESEPT

Sarımsaq turşusu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: təxminən, dəfnə, yarpağı, Bankanı, Sarımsaq, mixək, qədər, yaxşı, tökün, qalsa, bağlayın, Sirkə, əlavə, bankaya, yığın, İçinə, istiotu, Ehmallıca, tərəfə, bankalarda
BİZİ İZLƏYİN