• Pərpətöyün turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 33 559

Tarix : 14-02-2016, 17:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq pərpətöyün (gövdə və yarpaqlarıyla birgə)*
5-6 diş sarımsaq
4 quru dəfnə yarpağı
5-6 qara istiot dənəsi
3 xörək qaşığı iri xörək duzu
4 fincan üzüm sirkəsi ilə 2 fincan suyun qarışığı

Hazırlanması:
Qaynar suda istifadə ediləcək banka sterilizə edin və tamamilə qurudun. Pərpətöyünün kökünü kəsib təmizləyin. Yarpaqlarından və gövdəsindən torpaq təmizlənənə qədər yaxşıca yuyun. Aşsüzəndən suyunu tamamilə süzün. Pərpətöyünü bankaya yığın,sarımsaq,dəfnə yarpağı,istiot dənələri və duzu üzərinə əlavə edin. Sirkə+su qarışığını bankadakı pərpətöyünün üzərinə çıxanadək tökün. Bankanın ağzını möhkəm bağlayın. Ədviyyat bankanın hər tərəfinə bərabər yayılsın deyə bir neçə dəfə yüngülcə bankanı o yana-bu yana çevirin. İstifadə etməzdən öncə ən azı 4-5 gün sərin yerdə saxlayın.
*Konservləşən zaman pərpətöyün az bir vaxtda büzüşüb yığılır, yaxşı olar ki soyuducuda əlavə pərpətöyün saxlayasız və lazım olanda təzə pərpətöyünü əvvəlkinin üzərinə əlavə edib bankanı doldurasız.

Nuş olsun!
Etiketlər: pərpətöyün, əlavə, üzərinə, banka, pərpətöyünün, birgə, sarımsaq, dəfnə, fincan, tamamilə, xörək, istiot, yarpağı, bankanı, pərpətöyünü, soyuducuda, yaxşı, saxlayasız, lazım, Aşsüzəndən
BİZİ İZLƏYİN