• Bütöv pomidor turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 18 171

Tarix : 14-02-2016, 22:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kq yaşıl pomidor,
1 baş sarımsaq,
½ çay stəkanı quru noxud,
1 salxım üzüm,
1 çay stəkanı sirkə,
4-5 ədət limon duzu,
1 çay qaşığı toz şəkər,
2 kq su,
1 çay stəkanı duz,
½ dəstə kərəviz sapı,

Hazırlanması:
Suyu qaynadıb bir kənarda soyumağa qoyun.
Soyuyan suyun içinə toz şəkəri, limon duzunu, sirkəni qoyub qarışdırın.
Bir yumurtanı yuyub suyun içinə atın.
Yumurta suyun üzərinə çıxırsa suyunuz hazırdır.
3 litrəlik geniş ağızlı bir şüşə bankalara noxudları yuyub əlavə edin.
Kərəviz saplarının yarsını içinə doğrayın.
Pomidorları yuyub bıçaqla bir neçə yerindən deşib bankalara yerləşdirin.
Üstünə soyduğunuz sarımsaqları atın. Bu şəkildə bankaları doldurun.
Hazırladığınız turşu suyunu da pomidorların üzərinə doldurun.
Kərəviz saplarını da rulon kimi büküb pomidorların üzərinə qoyun . Sonra qapağını bərk bağlayın.
Bankanın çöl tərəfini də kağızla sarıyb bir dənə ağ polietilen torbaya qoyun.
Qaranlıq bir yerdə 1 ay saxlayın. 1 ay sonra turşunuz hazırdır.

Nuş olsun!
Etiketlər: içinə, qoyun, üzərinə, stəkanı, suyun, yuyub, pomidorların, hazırdır, Kərəviz, bankalara, doldurun, limon, suyunu, turşu, Hazırladığınız, sarımsaqları, deşib, yerindən, bıçaqla, yerləşdirin
BİZİ İZLƏYİN