• Kələmlə doldurulmuş bibər resepti

Reseptin məlumatları Baxış sayı: 13271

Tarix : 20.01.2016, 20:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
35-40 ədəd şirin bibər
3-3,5 kq kələm
1 acı istiot
2 yerkökü
13 diş sarımsaq
göyərti - şüyüd, cəfəri

marinad:
1 l su
2 x.q. duz
1 x.q. şəkər tozu
0,5 st. bitki (günəbaxan) yağı
0,5 st. 9%-li sirkə

Hazırlanması:
Şirin bibərin toxumlarını təmizləyib hissə-hissə qaynayan suya salaraq 5-7 dəqiqə saxlayın. Sonra çıxarıb soyudun.

Kələmi xırda doğrayın, xırdalanmış göyərti, sürtgəcdən keçirilmiş yerkökü, sarımsaq və acı istiotla (zövqə görə sonuncuların qədərini artıq etmək olar) qarışdırın.
Azca duz vurub bibərlərin içini doldurun, bankalara yığın.

Marinad üçün olan ərzağı qarışdırıb qaynadın. Bibərlərin üstünə tökün.

Bankaların ağzına qapaq qoyub sterilizə edin: 2-litrlik bankaları 30, 1-litrlik bankaları isə 20 dəqiqə qaynatmaq lazımdır.

Sonra qapaqlarını bağlayın, tərs çevirib tam soyuyunca belə saxlayın. Sonra düz çevirib soyuq yerdə saxlayın.

Nuş olsun!
Etiketlər: Sonra, saxlayın, dəqiqə, çevirib, bankaları, göyərti, sarımsaq, litrlik, hissə, yerkökü, ərzağı, Bibərlərin, qaynadın, qarışdırıb, bankalara, vurub, qarışdırın, bibərlərin, içini, yığın
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN