• Xiyar turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 28 352

Tarix : 4-07-2016, 11:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
3 kg balaca xiyar
4-5 diş sarımsaq
cəfəri
acı bibər
şüyüd
dəfnə yarpağı
dilimlənmiş limon
1 ovuc çiy noxud
1.5 çay stəkanı şəkər
1.5 çay stəkanı duz
1.5 çay stəkanı sirkə

Hazırlanması:
Təzə, sərt, kiçik və eyni qalınlıqdakı xıyarları istifadə edin.
Ən uyğun növ “bizdə buna bakı xiyarı deyirlər”.
İçlərində əzik , çürük və kifli olanları çıxarın.
Turşu qabına doldurarkən, dad və qoxu vermək məqsədiylə aralarına sarımsaq, cəfəri, acı bibər, şüyüd, dəfnə yarpağı, dilimlənmiş limon və ya bunlardan bir neçəsini qoya bilərsiniz.
Üzərinə bir miqdar şəkər və bir az quru noxud əlavə edin.
Tərəvəzlərin üzərini örtəcək şəkildə % 10-12 duzlu su əlavə edin.
Əgər istənsəz turşuya 1 stəkan sirkə əlavə edə bilərsiniz.
Bundan sonra Turşunu, alınması üçün 18 ~ 20 ° C temperaturda 4-6 həftə gözlədin.
Xiyar turşusunun hazır olub olmaması belə anlaşılır:
Xıyarların rəngi sarıya dönür; ortadan ikiyə bölündüyündə xaricdən içə doğru eyni və şəffaf görünər.
Ayrıca dad, qoxu ilə də başa düşülə bilər.
Turşu hazır olduqdan sonra, daha sərin bir yerdə saxlayın.
Turşunun üzərində ağ , qalın bir pərdə halında maya təbəqəsi meydana gəlsə təmizləyin.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, şəkər, limon, sirkə, Turşu, bilərsiniz, hazır, dilimlənmiş, noxud, yarpağı, sarımsaq, sonra, bibər, cəfəri, şüyüd, dəfnə, dönür, xaricdən, ortadan
BİZİ İZLƏYİN