• Çuğundur turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 14 810

Tarix : 3-07-2016, 15:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
yarım kg çuğundur
1 su stəkanı alma sirkəsi
2 xörək qaşığı duz
1 xörək qaşığı şəkər
1 çay qaşığı limon duzu
5 diş sarımsaq

Hazırlanması:
Çuğundur yaxşıca yuyunaraq incə soyulur.
İridirsə iki hissəyə bölünərək qazana qoyular.
Üzərini bağlayacaq şəkildə isti su tökülür.
Duz və şəkər atılaraq (mümkünsə düdüklü qazanda) yumuşalana qədər bişirilir. (15 dəqiqə)
Soyuyunca açıb halqa halqa doğranır.
Sarımsaqlar soyulub doğranır.
İri bir şüşə qaba sarımsaq dilimləri yerləşdirilir.
Üzərinə limon duzu və sirkə tökülür.
Qalan boşluğa qaynmış su tökərək, qab ağzına qədər doldurulur.
Bir gecə soyuducunda saxlanılır.

Nuş olsun!
Etiketlər: qaşığı, limon, sarımsaq, halqa, doğranır, tökülür, şəkər, qədər, xörək, Sarımsaqlar, dilimləri, soyulub, bişirilir, Soyuyunca, dəqiqə, yerləşdirilir, boşluğa, doldurulur, soyuducunda, saxlanılır
BİZİ İZLƏYİN