• Yağda sarımsaq turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 12 793

Tarix : 4-09-2016, 20:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq sarımsaq
1,5 x.q. duz
1 x.q. doğranmış nanə
1 ç.q. kəklikotu
0,5 ç.q. adaçayı
yağ

Hazırlanması:
Sarımsağı təmizləyin, yuyub iri bankaya yığın. Duz, doğranmış nanə, kəklikotu və adaçayı yarpaqları əlavə edin. Bankanın ağzına rezin qapaq qoyub yaxşıca silkələyin. 3 gün ağzıbağlı halda qaranlıq yerdə saxlayın.

3 gün sonra sarımsaqları 100-200 ml-lik balaca, ağzı burulub bağlanan bankalara yığıb ağzınadək bitki yağı tökün. Günəbaxan, yaxud zeytun yağı olmasına özünüz qərar verin.

Soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: saxlayın, adaçayı, kəklikotu, doğranmış, bankalara, yığıb, ağzınadək, bağlanan, balaca, sonra, sarımsaqları, bitki, burulub, yaxud, verin, Soyuducuda, olsun, qərar, özünüz, Günəbaxan
BİZİ İZLƏYİN