• Pomidor turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 43 699

Tarix : 30-11-2016, 16:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Pomidor-3kq
Sarımsaq 5-6 ədəd
Acı bibər 2 dənə
Turş gilas ağacının yarpağı 5-6 ədəd
Şüyüd toxumu
2 xörək qaşığı yarım yodlu narın xörək duzu.
Bankanın ağzını bağlamaq üçün qapaq

Hazırlanması:
Üç litrlik banka təmiz yuyulur,ilk öncə şüyüd toxumu bankaya sonra isə pomidor,sarımsaq,bibər,gilas ağacının yarpaqları bankaya yığılır.
Bir litr yarım soyuq suya iki xörək qaşığı duz əlavə edib yaxşı çalırıqki,duz təmiz ərisin.
Sonra duzlu suyu pomidorun üzərinə tökürük.Bankanın ağzını plastmas qapaqla bağlayıb iki gün saxlayırıq.
İki gündən sonra banknın içindəki suyu qazana töküb qaynadırıq.
Qaynayan suyu təzədən pomidor bankasına tökürük.
Tez bankanın ağzını dəmir qapaqla bağlayırıq.
Bağladığımız bankanın üstünü qalın bir ədyalla örtürük və soyumağa qoyuruq.
Soyuyandan sonra üstünü açırıq,qış üçün hazırladığımız duzlu pomidorumuz hazırdı.

Nuş olsun!
Etiketlər: ağzını, xörək, sonra, Bankanın, təmiz, bankaya, bankanın, pomidor, yarım, üstünü, duzlu, gilas, ağacının, qaşığı, tökürük, bibər, toxumu, qapaqla, bankasına, gündən
BİZİ İZLƏYİN