• Bankada çəllək pomidoru resepti

Reseptin məlumatları Baxış sayı: 17400

Tarix : 20.08.2014, 05:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
pomidor
qarağat, albalı yarpaqları, qıtığotu
dənəvər istiot
sarımsaq
dəfnə yarpağı
duz
istiot

Hazırlanması:
Nə vaxtsa çəllək pomidoru yemisiniz? Bəs onu balonda, bankada da hazırlamağın mümkün olduğunu bilirsinizmi? Çox asan konservləşdirmə üsulunu təqdim edirik. Amma saxlamağa sərin yeri olmayanlar üçün məsləhət deyil.

Təmiz, sterilizə edilməmiş bankanın dibinə qarağat və albalı yarpaqları, yarım diş sarımsaq, iki-üç dənəvər istiot, dəfnə yarpağı qoyun. Üstündən pomidorları düzün. İstənilən növ pomidor yarayar - yetişməmişdən tutmuş qıpqırmızı olanınadək. Saplaqlı olsa, lap yaxşı.

Duzlu su hazırlayın: 1 l suya 100-qramlıq qədəhin üçdə biri qədər duz töküb qarışdırın. Bu suyu bankadakı pomidorların üstünə tökün. Üstünə iki qıtığotu yarpağı qoyun, sonra isə plastik qapaqla bağlayın.

Bankanı qaraja, saxlanc yerinə, zirzəmiyə - ümumiyyətlə sərin yerə qoyun. 1 aya gəlir. Bu vaxt bir qədər uzana da bilər - hər şey temperaturdan və pomidorların iriliyindən asılıdır.

Nuş olsun!


Etiketlər: qədəhində, yarpağı, istiot, qoyun, qədər, sarımsaq, dəfnə, pomidorların, qıtığotu, dənəvər, yarpaqları, sərin, qarağat, pomidor, albalı, töküb, qarışdırın, bankadakı, tökün, üstünə, yaxşı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN