• Karri ilə xiyar şorabası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19 522

Tarix : 20-08-2014, 16:00

Bölmə : Turşular / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,1-1,2 kq xiyar
4 budaq şüyüd, cəfəri
2 baş soğan
150 ml 9%-li sirkə
2 x.q. iri duz
3 x.q. şəkər tozu
2 ç.q. quru, dənəvər xardal
2 dəfnə yarpağı
1,5 x.q. karri tozu
1,5 l su

Hazırlanması:
Yaxşıca yuyulmuş 2-litrlik bankanın dibinə bir ədəd dörd yerə bölünmüş soğan, 1 ç.q. dənəvər xardal, 1 budaq şüyüd, 1 budaq cəfəri qoyun.
Karri ilə xiyar şorabası resepti - FOTO RESEPT


Xiyarları yaxşıca yuyun, fal-fal (qalın) doğrayıb bankalara doldurun.
Karri ilə xiyar şorabası resepti - FOTO RESEPT


Duzlu su: suyu qaynadın, qaynara düşəndə duz, şəkər tozu və karrini əlavə edin.
Karri ilə xiyar şorabası resepti - FOTO RESEPT


Dəfnə yarpağı əlavə edin, daha 3 dəqiqə qaynadın. Qaynar-qaynar xiyarların üstünə tökün. Bankaların ağzına qapaq qoyub 10 dəqiqə sterilizə edin. Bağlayın, bankaları çevirin, adyala bükün, tam soyuyanadək belə saxlayın. Sonra soyuq yerdə saxlayın.
Karri ilə xiyar şorabası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: budaq, xardal, dənəvər, yarpağı, qaynadın, saxlayın, əlavə, şəkər, şüyüd, dəqiqə, cəfəri, soğan, üstünə, tökün, ağzına, Bankaların, Qaynar, Dəfnə, qapaq, qaynar
BİZİ İZLƏYİN