• Assorti turşu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 35 576

Tarix : 21-08-2014, 18:00

Bölmə : Turşular / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 kq xiyar
1,5 kq pomidor
0,5 kq bolqar bibəri
0,5 kq yerkökü
0,5 kq baş soğan
2 diş sarımsaq
1 baş kələm
3 budaq şüyüd
3,5 l su
150 q duz
200 q şəkər tozu
500 ml sirkə
3 x.q. bitki yağı
10 ədəd dənəvər qara istiot
6 ədəd mixək

Hazırlanması:
Pomidorları yuyub iki bölün.
Assorti turşu resepti - FOTO RESEPT


Xiyarları iki-üç yerə bölün.
Assorti turşu resepti - FOTO RESEPT


Soğanı halqa doğrayın.
Assorti turşu resepti - FOTO RESEPT


Yerkökünü halqa doğrayın.
Assorti turşu resepti - FOTO RESEPT


Kələm yarpaqlarını 2-3 yerə bölün.
Assorti turşu resepti - FOTO RESEPT


Bolqar bibərlərini iri kubiklərə (demək olar ki, bir bibəri uzununa 3-4 yerə bölün).
Assorti turşu resepti - FOTO RESEPT


Sarımsağı təmizləyin.
Assorti turşu resepti - FOTO RESEPT


Bankaları sterilizə edin. Hər bankaya 1 x.q. bitki yağı tökün. Lay-lay tərəvəzləri düzün.
Assorti turşu resepti - FOTO RESEPT


Marinad hazırlayın: su, duz, şəkər tozu, istiot və mixəyi birlikdə qaynadın. Sonda sirkəni əlavə edin.
Assorti turşu resepti - FOTO RESEPT


Qaynar marinadı bankadakı tərəvəzlərin üstünə tökün, bankaları 15 dəqiqə sterilizə edin (qaynadın).
Assorti turşu resepti - FOTO RESEPT


Qapaqlarını bağlayın, otaq temperaturunda tam soyudun, sonra soyuq yerdə saxlayın.
Assorti turşu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: bölün, istiot, qaynadın, şəkər, doğrayın, halqa, sterilizə, tökün, bibəri, bitki, əlavə, sirkəni, birlikdə, düzün, tərəvəzləri, Marinad, hazırlayın, Qaynar, mixəyi, Sonda
BİZİ İZLƏYİN