• Yumurta marinadı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 978

Tarix : 23-08-2014, 16:00

Bölmə : Turşular / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Marinada qoyulmuş yumurta Almaniyada gündəlik, ucuz və dadlı yemək sayılır. Marinadlar müxtəlif olur - bir qədər zəif, yaxud çox turş, acı, ədviyyatlı. Biz klassik variantını hazırlayaq.

Tərkibi:
8 yumurta
2 soğan
60 q şəkər tozu
60 q duz
1 x.q. xardal toxumu
1 x.q. zirə
1 x.q. dənəvər qara istiot
3 ardıc giləmeyvəsi
2 ədəd acı istiot
1 dəfnə yarpağı
200 ml bəyaz şərab sirkəsi
1 dəstə cəfəri
1 dəstə şüyüd
1/2 dəstə tərxun
1 şərid limon sedrası

Hazırlanması:
Soğanı təmizləmədən yarı bölün. Quru, qaynar tavada kəsik tərəfini qızaranadək qovurun (yağsız).

1,3 l su, soğan, şəkər tozu, duz, sirkə və ədviyyatla marinad bişirin. Duz və şəkər əriyəndən sonra vam odda 5 dəqiqə qaynadın. Ocaqdan götürün, soyudun.

Göyərtini yuyub qurudun. Suda bərk bişirilmiş yumurtanı təmizləyin. Bir bankaya yumurtaları, göyərtini, limon sedrasını yığın, soyudulmuş marinadı üstünə tökün. Bankanın qapağını bağlayın. Bir sutka saxlayın. Bir həftədən çox saxlamayın.

Nuş olsun!

Yumurta marinadı resepti - FOTO RESEPT

Yumurta marinadı resepti - FOTO RESEPT

Yumurta marinadı resepti - FOTO RESEPT

Etiketlər: şəkər, dəstə, istiot, yumurta, limon, soğan, qoyulmuş, Ocaqdan, qaynadın, götürün, dəqiqə, soyudun, yuyub, Göyərtini, sonra, bişirin, yağsız, qovurun, qızaranadək, sirkə
BİZİ İZLƏYİN