• Badamlı ayıcıqlar resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 24 213

Tarix : 8-10-2014, 10:00

Bölmə : Uşaq yeməkləri / Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Uşağın yaşına görə ədviyyatların miqdarını azalda bilərsiniz, ancaq bundan peçenyenin dadı itməyəcək.

Tərkibi (18 ədəd):
250 q un
70 q kərə yağı
80 q şəkər tozu
1 yumurta
1 x.q. kakao
1 ç.q. zəncəfil tozu
1 ç.q. sürtgəcdən keçirilmiş təzə zəncəfil
0,5 ç.q. mixək
0,5 ç.q. soda
badam, qoz, fındıq (zövqə görə)

Hazırlanması:
Yağı kubik doğrayın, şəkər tozu, yumurta ilə birləşdirib mikserlə 2-3 dəqiqə, eynicinsli kütlə alınanadək çalın.

Un, soda, ədviyyat, zəncəfil və kakaonu əlavə edib mikserdə qarışdırın. Xəmiri qida plyonkasına büküb soyuducuda 30 dəqiqə saxlayın.

Xəmiri iki yerə bölün. Birinci kündəni iri perqament kağızının üzərinə qoyun. Əlinizlə basın. Üzərinə yenə perqament döşəyib oxlovla 5-7 mm qalınlıqda yayın.

Sobanı 180 dərəcə qızdırın. Sininin içinə perqament döşəyin. Forma ilə xəmirdən ayı fiqurları kəsin, "qucaqlarına" badam (qoz, fındıq) qoyub, "əllərini" badamın üzərində çarpazlayın. Sobada 10 dəqiqə bişirin. (Əgər peçenyenin qalınlığı 7 mm-dən artıqdırsa, o zaman 3-4 dəqiqə də artıq bişirin).

Birinci hissə bişənədək ikinci xəmir kündəsindən də eyni qaydada peçenyelər hazırlayın. Xəmir çox yumşaq olarsa, onu yenidən soyuducuya qoyun.

Bişmiş peçenyeləri soyudun.
Badamlı ayıcıqlar resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, perqament, zəncəfil, Birinci, Xəmiri, badam, fındıq, yumurta, şəkər, peçenyenin, qoyun, bişirin, çarpazlayın, qucaqlarına, qoyub, əllərini, badamın, kəsin, üzərində, yayın
BİZİ İZLƏYİN