• Uşaqlar üçün Qələm peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 67620

Tarix : 1.06.2014, 08:18

Bölmə : Uşaq yeməkləri, Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Kərə yağı – 100 qr.
Un – 200-250 qr.
Xama – 1 x/q.
Şəkər kirşanı – 100 qr.
Yumurta sarısı – 1 ədəd
Xəmirə çəkmək üçün yumurta – 1 ədəd
Vanil – yarım ç/q.
Müxtəlif qida boyaları
Duz

Hazırlanması:
Kərə yağı ilə şəkər kirşanını qarışdırırsınız.
Sonra xamanı, yumurta sarısını, vanil və duzu əlavə edirsiniz.
Ələnmiş un hissə-hissə qatqıya əlavə olunur. Xəmir ya 200 ya da 250 qr. un apa bilər.
Xəmir elə yoğrulmalıdır ki, elastik olsun və ələ yapışmasın.
Xəmiri 1/3 və 2/3 olmaqla 2 hissəyə bölürsünüz.
Böyük hissəni eni 15 sm. olmaqla, düzbucaqlı formada açırsınız.
Onu nazik qida pərdəsiylə örtüb, 1 saat soyuducuda saxlayırsınız.
Daha kiçik xəmiri isə uzunvari hissələrə bölərək, qida boyası ilə rəngləyirsiniz.
Çalışmaq lazımdır ki, onların hər birinin diametri 0,5 sm. olsun
Bir saat soyuducuda qalan ağ xəmirə yumurta sürtürük.
Xəmiri 2,5-3 sm. qalınlığında zolaq-zolaq kəsirik.
Sonra rəngli xəmirləri bir-bir ağ xəmirin içinə qoyub bükürük, diyirləndirik.
Hər “qələm”in üzərinə yumurta çəkib, perqament kağıza büküb, tavaya qoyuruq.
200 dərəcə temperaturda 15-20 dəqiqə ərzində bişiririk.
Tamamilə soyuyandan sonra çox ehmalca (onların taxtadan deyil, xəmirdən olduğunu nəzərə alaraq) xəmirləri bıçaq ilə karandaş formasına salırıq.

Nuş olsun!

Etiketlər: yumurta, olsun, hissə, əlavə, Xəmiri, olmaqla, onların, zolaq, soyuducuda, xəmirləri, Sonra, Xəmir, içinə, xəmirin, bıçaq, rəngli, qoyub, bükürük, üzərinə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
gunes nuray
mende edecem cox gozeldi.
20 yanvar 2017 17:25
3
Offline
awkim
127 bende yapcam
19 mart 2015 22:26
2
Offline
adiliwka
bunan mende eladim qardasim qizlari ucun cox super alindi
16 iyun 2014 19:27
1
BİZİ İZLƏYİN