• Civcivlər resepti

Reseptin məlumatları Baxış sayı: 35029

Tarix : 1.06.2014, 10:38

Bölmə : Uşaq yeməkləri, Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 8-10


Tərkib:
Biskvit üçün:
3 ədəd yumurta
3 ədəd yumurtanın yalnız sarısı (cəmi 6 yumurta istifadə edilir, 3 dənəsinin yalnız
sarısı, digər 3 ədəd yumurtanın isə hamısı istifadə edilir)
3-4 su stəkanı toz şəkər
1-4 su stəkanı süd
2 xörək qaşığı kərə yağı
3-4 su stəkanı ələnmiş tam buğda unu
1 çay qaşığı karbonat
1 çay qaşığı vanil
Su stəkanı olaraq 200 qramlıq bir stəkan istifadə edilir.

Şəkər xəmiri üçün:
5 xörək qaşığı su
15 qram (4 çay qaşığı) toz jelatin
5 xörək qaşığı qarğıdalı siropu (glikoza da istifadə edə bilərsiniz)
800-900 qram narın şəkər (pudra şəkərini üç dəfə robotdan çəkərək istifadə edə bilərsiniz. Həm narın şəkər, həm də pudra şəkərini sınadım. Ancaq narın şəkərlə çox daha rahat işləyərək şəkərxəmiri əldə edin.)

Tort kremi üçün:
200 qram krem pendir
200 qram süzmə qatıq
4 xörək qaşığı bal
250 qram moruq (istəyə görə)

Civcivlər resepti

Hazırlanması:
Biskvit: Unu və karbonatı ələyin. Süd, yumurta, yumurta sarıları və şəkəri benmari üsulu qarışdırın. Vanili əlavə edin. Şəkər əriyənə qədər mikserlə yaxşıca qarışdırın. Ocaqdan alın və bu dəfə yaxşıca çırpıb, yumurtalı qarışığın həcmi 3 qatına çatana qədər qarışdırın. Unun əvvəl 1/3ni, ardından yavaş-yavaş hamısını yumurtalı qarışığa əlavə edin. Ən sonda kərə yağını əlavə edin və düz soba nimçəsinə töküb, üstünü düzləşdirin. Əvvəldən istilətdiyiniz sobada 10 dəqiqəyə qədər bişirin.

Şəkər xəmiri: Suyu qaynadın. İçinə toz jelatini əlavə edib, əriyənə qədər qarışdırın. Qarğıdalı siropunu əlavə edin və yaxşıca qarışdırın. Dərin bir qaba köçürün və pudra şəkəri əlavə etməyə başlayın. Ələ yapışmayan, bir az da sərt bir xəmir meydana gələcək. Şəkər nisbətini siz buna görə yavaş-yavaş əlavə edərək nizamlamalısınız.

Tort kremi: Siz bu kremi tort içliyində, istədiyiniz meyvələrlə də rahatlıqla təklif edə bilərsiniz sevdiklərinizə. Əgər kreminiz, tortunuzun üstünə çatmazsa, bu miqdarı iki qatına çıxararaq tətbiq edə bilərsiniz.

Civcivlər resepti
Civcivlər resepti

Civcivlər
1. Tortların hamısını, iki qatlı yumru qəliblə kəsilmiş iki ədəd biskvitdən etdim. Ana-ata üçün bir az daha böyük yumru qəlib, uşaqlar üçün bir az daha kiçik qəlib istifadə etdim.
2. Baş qisimlərində yumruluq üçün, biskbitin kənar qırıntılarını istifadə edərək qübbə meydana gətirdim.
3. İki yumru biskvit qatını siropla islatdım. Ardından ballı krem və moruq ilə ara qatı meydana gətirdim.
4. Ən sonda bütün tortu yenə krem ilə örtdüm. Soyuducunda bir saat gözlətdim.
5. Ardından şəkər xəmirinini oxlov ilə açaraq, tortun hər tərəfini ağ şəkər xəmiri ilə örtdüm. Modelləşdirmələrdə yapışdırmaları ümumiyyətlə suya batırılmış fırça ilə o bölgəni isladaraq etdim. Bəzi yerlərdə, xüsusilə qanad qisimlərində, bir ədəd yumurta ağını yaxşıca çırpıb, bunu fırça ilə yapışması lazım olan yerə sürtərək yapışdırdım.

Nuş olsun!

Etiketlər: istifadə, əlavə, qaşığı, qarışdırın, yumurta, şəkər, xörək, yavaş, Şəkər, bilərsiniz, stəkanı, qədər, yaxşıca, etdim, kremi, xəmiri, narın, pudra, edilir, meydana
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
GUNUŞ
insaallah ovladim olanda mutleq hazirlayacam ellerinize sagliq 03
30 sentyabr 2014 12:11
3
Offline
GUNAY_EHMEDOVA
DADI DA GORUNTUSU KIMI GOZEL OLAR YEQIN
30 iyul 2014 23:06
2
Offline
seva
cox gozel gorunur ellerine sagliq
19 iyun 2014 09:49
1
BİZİ İZLƏYİN




Yandex.Metrica