• Uşaqlar üçün blinçik resepti

Reseptin məlumatları Baxış sayı: 54 119

Tarix : 3-06-2014, 12:01

Bölmə : Uşaq yeməkləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd yumurta
2 çay stəkanı süd
2 çay stəkanı un
1 tutam toz şəkər
1-2 çay qaşığı duru yağ
Arzuya görə dilimlənmiş meyvə

Hazırlanması:
Bir qabın içində yumurtaları yaxşıca çırpın.
İçinə un əlavə edib yaxşıca qarışdırın.
Daha sonra süd və şəkər tozu əlavə edib hamarlaşana qədər mikserlə çırpın.
Tavada yağı qızdırın və xəmirləri 2 ədəd olacaq şəkildə arxalı üstlü qızardın.
Blinçiki meyvələrlə bəzəyərək servis edin.

Nuş olsun!
Etiketlər: çırpın, əlavə, şəkər, yaxşıca, stəkanı, olacaq, xəmirləri, qızdırın, mikserlə, Tavada, şəkildə, üstlü, bəzəyərək, servis, olsun, meyvələrlə, Blinçiki, qədər, qızardın, arxalı
BİZİ İZLƏYİN