• Körpələr üçün biskivit resepti

Reseptin məlumatları Baxış sayı: 28 028

Tarix : 10-10-2015, 12:00

Bölmə : Uşaq yeməkləri / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : Yox


Tərkibi:
1,5 çay stəkanı yulaf unu,
2,5 çay stəkanı tam buğday unu,
1,5 çay stəkanı düyü unu,
1,5 çay stəkanı irmik,
1 çay stəkanı yulaf əzməsi (əlinizlə ufalayın),
3 ədət qoz içi (rəndələnmiş, ya da rondodan çəkilmiş)
4 ədət quru qaysı (10 aydan büyük körpə uşaqlar üçün kiçik doğranmış ),
1 yemək qaşığı duzsuz kərə yağı,
2 yemək qaşığı süzmə zeytun yağı,
2 yumurta sarısı,
3 yemək qaşığı qatıq,
2 yemək qaşığı bəkməz,
Yarım çay qaşığı darçın,
Bir çimdik soda (apteklərdə satılır )

Hazırlanması:
Xəmiri geniş bir kasa içində yoğurun.
İstəsəniz ikiyə bölün.
Diğər hissəsini isə dondurucuda bir neçə həftə saxlaya bilərsiniz.
1 sini biskivit çıxır.
Xamuru bir neçə parçaya bölün.
Əlinizlə uzun şəkildə yuvarlayın.
Üzərini çəngəllə çizib bir barmaq uzunluğunda kəsin.
Fırın sinisinə düzüb 140 dərəcədə 45 dəqiqə bişirin.
Soyuduqlarında hava almayan bir qabda soyuducuda saxlayın.
Yulaf unu tez xarab olur.
Hazırladığınız qidaları və unun özünü soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: stəkanı, qaşığı, yemək, saxlayın, soyuducuda, biskivit, bölün, yulaf, yuvarlayın, şəkildə, Üzərini, çizib, çəngəllə, Əlinizlə, bilərsiniz, dondurucuda, hissəsini, Diğər, həftə, saxlaya
BİZİ İZLƏYİN