• Armudlu muhalləbi resepti

Reseptin məlumatları Baxış sayı: 20 264

Tarix : 22-08-2015, 14:00

Bölmə : Uşaq yeməkləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : Yox


Tərkibi:
2 çay qaşığı düyü unu (qara düyü unu olsa daha yaxşı olar)
1 kiçik armudu stəkan su
1/2 kiçik armudu stəkan ana südü (və ya istifadə edilirsə uşaq qidası)
1/2 ədəd armud

Hazırlanması:
Düyü unu və su vam odda qarışdırılaraq bişirilir.

Süd yaynamağa başladıqdan 1-2 dəqiqə sonra ocağın altını söndürün.

Armudu yuyun, soyun. Bundan sonra yuyub soyduğunuz armudu şüşə rəndə vasitəsi ilə rəndələyin. Metal rəndə istifadə etməməyə xüsusi ilə diqqət yetirin.

Bundan sonra yarım stəkan ana südü və ya uşaq qidası (südü) hazırlanır. Armud və ana südü muhalləbiyə əlavə edilir.

Hazırlanan armudlu muhalləbi ilıq olaraq uşağa yedirdilir. Uşağın zövqünə görə və rahat yeməsi üçün ana südünün miqdarını artıra və ya azalda bilərsiniz.

Muhalləbiyə qarışdırdığınız armudun miqdarı çox olması, muhalləbinin daha sulu olmasına səbəb olacaq.

Qeyd:
Qara düşü istifadə etdiyiniz təqdirdə bişmə müddəti biraz daha uzun olmalıdır və su da biraz çox qoyulmalıdır. Suyun nisbətini 1,5 kiçik armudu stəkan olaraq götürün.

Qeyd:
Ana südü və ya uşaq qidası qarışdırdığınız muhalləbini uşağa sadəcə bir öyün yedirdin. Sonrakı gün heç vaxt əvvəlki gündən qalmış yeməyi körpəyə verməyin.

Nuş olsun!
Etiketlər: armudu, stəkan, kiçik, qidası, istifadə, sonra, muhalləbi, rəndə, uşağa, olaraq, qarışdırdığınız, Bundan, biraz, armudlu, armudun, körpəyə, Muhalləbiyə, miqdarı, olması, yeməyi
BİZİ İZLƏYİN