• Süngər Bob salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 763

Tarix : 21-08-2014, 12:00

Bölmə : Uşaq yeməkləri / Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Uşaqlarına yemək yedirə bilməyən analar üçün əla reseptdir. Böyüklərin Süngər Bobdan zəhlələri getsə də, uşaqlar onu çox sevirlər. Sevimli cizgi film qəhrəmanına bənzəyən salatdan uşaqlarınız, yəqin ki, vaz keçməzlər.

Tərkibi:
1 yerkökü
100 q bərk pendir (yaxud əridilmiş)
1 diş sarımsaq
1-2 ç.q. xama
1-2 ç.q. mayonez
duz

Bəzək:
2-3 ədəd qabıqlı bişirilmiş kartof
2 bişmiş yumurtanın ağı
1 çimdik sarıkök
zeytun, şirin bolqar bibəri

Hazırlanması:
Yerkökü ilə pendiri sürtgəcdən keçirin, xırdalanmış sarımsaq, xama, mayonez əlavə edin, qarışdırın. Dadına baxın, lazım gələrsə, duz vurun.
Süngər Bob salatı resepti - FOTO RESEPT


Salatın 2/3-ni oval, yaxud dördbucaqlı uzunsov buluda kvadrat şəklində qoyun. Aşağı hissəsini isə bir qədər "daraldın". Üstünə kartofu sürtgəcdən keçirin (qıraqlarını da kartof yonqarı ilə örtün). Kartofun qalanını sürtgəcin xırda gözündən keçirin, sarıkök, azca xama və ya mayonez əlavə edin, duz vurun, qəşəng sarı rəng alanadək qarışdırın (kartof əvəzinə bişmiş yumurta sarısından da istifadə etmək olar). Bu qarışığı salatın üstlü-kənarlı bütün tərəfinə çəkin.
Süngər Bob salatı resepti - FOTO RESEPT


Bu kvadratın aşağısına salatın qalanını dördbucaqlı şəklində yerləşdirin. Bıçaqla hamarlayın.
Süngər Bob salatı resepti - FOTO RESEPT


Sonra isə Bobu "yaradın": gözlər - zeytun, qırmızı kələmin suyu ilə rəngi dəyişdirilmiş yumurta ağı (mavi hissə); ağız, ayaqqabılar, şalvarın kəməri, kirpiklər - zeytun; dişlər - bişmiş yumurta ağı; şalvar - lavaş; əl və ayaqlar - pendir; köynək - sürtgəcdən keçirilmiş yumurta ağı; qalstukla yanaqlar - qırmızı bolqar bibəri. Vəssalam!
Süngər Bob salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yumurta, kartof, zeytun, keçirin, mayonez, sürtgəcdən, bişmiş, sarımsaq, yaxud, vurun, dördbucaqlı, qarışdırın, əlavə, bibəri, bolqar, sarıkök, salatın, qırmızı, pendir, qalanını
BİZİ İZLƏYİN