• Badamlı borucuq resepti

Reseptin məlumatları Baxış sayı: 16 736

Tarix : 24-08-2014, 21:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
410 q buğda unu
185 q xama
100 q kərə yağı
220 q badam
180q şəkər tozu
5 q hil
35 q şəkər pudrası
10 q maya
3 q konyak
duz

Hazırlanması:
Una kərə yağı, xama, şəkər pudrası, duz və maya əlavə edib xəmir yoğurun.
İç hazırlamaq üçün badamın qabığını təmizləyin, qurudub maşından keçirin. Şəkər tozu, hil və konyakla qarışdırın.

Xəmir acıdıqdan sonra 40 qramlıq kündələr tutun. Lent kimi yayın. Arasına iç qoyun, borucuq şəklində bükün. Yağlanıb perqament döşənmiş siniyə düzün, üzərinə yumurta sarısı çəkib 170-180 dərəcə C temperaturda sobada bişirin. Soyuduqdan sonra üzərinə şəkər pudrası səpə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, pudrası, üzərinə, sonra, perqament, döşənmiş, siniyə, Arasına, Yağlanıb, bükün, borucuq, düzün, şəklində, qoyun, yumurta, bişirin, Soyuduqdan, bilərsiniz, olsun, sobada
BİZİ İZLƏYİN