• Vatruşka resepti

Reseptin məlumatları Baxış sayı: 9 654

Tarix : 17-08-2017, 19:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
0.5 st. ilıq su,
0.5 st. ilıq süd,
0.5 st. duru yağ,
1 ç.q. quru maya,
bir çimdik duz,
2 x.q. şəkər tozu,
4-5 st. un

İçlik üçün:
200 qr kəsmik,
1 ədəd yumurta,
2 x.q. şəkər tozu,
1 ç.q. un

Üzəri üçün:
yumurta sarısı,
küncüt

Hazırlanması:
Əvvəlcə az miqdarda ilıq suya maya əlavə edib, köpüklənənə kimi gözlədirik. Unu ələyib, ortasını çuxur formasına gətiririk. Üzərinə şəkər tozu, süd, su yağ və mayanı əlavə edib, yumuşaq xəmir yoğururuq. Xəmiri gəlməsi üçün 1-2 saat isti yerdə saxlayırıq.

Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. İç üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, qarışdırırıq.

Xəmir acıdıqdan sonra 9-10 ədəd kündə tuturuq. Əlimizlə forma verdikdən sonra soba qabına düzürük. Hər birinin üzərində stəkanın altı ilə oyuq açıb, içlik yerləşdiririk. 20 dəqiqə gözlətdikdən sonra kənarlarına yumurtanın sarısını çəkib, küncüt səpirik və 180 dərəcə istilikli soba bişiririk.

Nuş olsun!
Etiketlər: sonra, şəkər, əlavə, yumurta, küncüt, Xəmir, Əlimizlə, forma, verdikdən, düzürük, qabına, tuturuq, ərzaqları, qarışdırırıq, acıdıqdan, birinin, töküb, kündə, içlik, çəkib
BİZİ İZLƏYİN