• Günəbaxan bulkası resepti

Reseptin məlumatları Baxış sayı: 7 139

Tarix : 1-08-2017, 17:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. ilıq süd (və ya qatıq),
1 st. ilıq su,
1 st. duru yağ,
2 yumurta ağı (sarısı üzəri üçün),
2 x.q. şəkər tozu,
yarım ç.q. duz,
maya,
6-7 st. un,
çörəkotu

Hazırlanması:
İlıq süd, su, duru yağ, yumurta ağı, şəkər tozu, duz və mayanı ardıcıllıla töküb, mikserlə çalırıq. Şəkər tozu əridikdən sonra un əlavə edib, xəmir yoğururuq. Xəmiri acıması üçün 1 saat isti yerdə gözlədiririk.
Xəmir hazır olduqdan sonra bərabər ölçülü kündələr tuturuq. Hər bir kündəyə əlimizlə forma verib, soba qabına düzürük. Qabda 5 dəqiqə gözlətdikdən sonra üzərinə yumurta sarısı çəkib, mərkəzinə çörək otu səpirik. Əvvəlcədən qızdırılmış 170 dərəcə istilikli sobada üzəri qızarana kimi bişiririk.

Nuş olsun!
Etiketlər: sonra, yumurta, üzəri, şəkər, sarısı, Qabda, dəqiqə, gözlətdikdən, düzürük, üzərinə, forma, kündəyə, əlimizlə, çəkib, verib, qabına, çörək, istilikli, sobada, qızarana
BİZİ İZLƏYİN