• Xəmirdə Vyana sosisləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 199

Tarix : 15-09-2014, 18:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (6 ədəd):
200 q un
10 q şəkər tozu
0,5 ç.q. duz
20 q kərə yağı
100 ml su
2/3 ç.q. (3 q) quru maya
6 ədəd uzun Vyana sosisi

Hazırlanması:
Sosislərdən başqa digər ərzaqlardan xəmir yoğurun.

Xəmiri 6 yerə bölün. Üzərinə nəm dəsmal çəkib 10 dəqiqə saxlayın.

1 kündəni götürüb oval formada nazik yayın. Ortasına Vyana sosisi qoyun. Xəmirin hər iki tərəfində 5 kəsik edin.

Xəmirin böldüyünüz şəridlərini ardıcıl olaraq sosisin üzərində üst-üstə qoyun.

Hamısını bu cür hazırladıqdan sonra 30 dəqiqə 35 dərəcə istilikdə saxlayın. Xəmir iki dəfə şişəndən sonra üzərinə mayonez (yaxud ketçup və doğranmış cəfəri) çəkin.

180-190 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.
Xəmirdə Vyana sosisləri resepti - FOTO RESEPT

Xəmirdə Vyana sosisləri resepti - FOTO RESEPT

Xəmirdə Vyana sosisləri resepti - FOTO RESEPT

Xəmirdə Vyana sosisləri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, saxlayın, qoyun, sonra, dərəcə, Xəmirin, Vyana, sosisi, şəkər, istilikdə, Xəmir, olaraq, hazırladıqdan, üzərində, Hamısını, şişəndən, sosisin, üzərinə, qızdırılmış, sobada
BİZİ İZLƏYİN