• Cəmi 15 dəqiqəyə hazır olan qat-qat (milföy) xəmir resepti

Reseptin məlumatları Baxış sayı: 8 678

Tarix : 14-04-2018, 12:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 qr kərə yağı(marqarin də olar)
1 yumurtanın sarısı
100 ml xama
350 qr un
1 çimdik duz

Hazırlanması:
Unu kərə yağına qatıb, əlimizlə ovaraq, umac hazırlayırıq. Sonra yumurtanın sarısını və xamanı əlavə edirik. Elastik və yumşaq xəmir əldə edənədək yoğururuq. Əgər xəmiriniz bərkdirsə üzərinə bir neçə qaşıq qatıq töküb, yenidən yoğura bilərsiniz. Yox əgər olduqca yumşaqdırsa biraz da un əlavə edin. Hazır xəmiri sellofana büküb, soyuducuda saxlamaq və ya elə həmin andan etibarən istifadə etmək olar. Cəmi 15 dəqiqəyə hazırladığnız qat-qat xəmiri oxlovla yayıb, istənilən şəkili verib, un məmulatları hazırlaya bilərsiniz.

Nuş olsun!
Etiketlər: xəmiri, bilərsiniz, əlavə, yumurtanın, büküb, soyuducuda, saxlamaq, həmin, sellofana, andan, yumşaqdırsa, biraz, Hazır, olduqca, etibarən, yayıb, istənilən, şəkili, verib, oxlovla
BİZİ İZLƏYİN