• İçi jemli bulkilər resepti

Reseptin məlumatları Baxış sayı: 3 204

Tarix : 5-04-2018, 12:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
Xəmir üçün:
2 st un
2y.q. şəkər
2 yumurta (biri xəmirə, biri üstünə sürməyə)
1 ç.q.quru aktiv maya
0,5 ç.q. duz
0,5 st süd
50 qr kərə yağı

İçlik üçün:
Cem

Hazırlanması:
Jemə 0,5 ç.q. nişasta qatın ki, bişəndə bulkinin içindən axmasın.
1. Südün içinə şəkər, kərə yağı qoyub, ocaqda isidin ki yağ ərisin.
2. Unu ələyin, aktiv maya və duz vurun, qarışdırın. Aktiv mayanı əvvəldən suda əritmək lazım deyil, birbaşa una qatmaq olar.
Unun ortasında çuxur açın, yumurtanı vurun. İlınmış südü az-az tökərək yup-yumuşaq xəmir yoğurun.
Üstünü örtün, 1 saat mayalanmaya buraxın.
Sonra 10 kündəyə bölün. Hər birini oval şəklində oxloynan açın, bir ucuna 1ç.q. jem qoyun. O biri ucunu bıçaqla çirtin (şəkili varaxlayın göstərmişəm)
Bulkiləri bükün, üstünə çalxalanmış yumurta sürün, əvvəldən 190 t isidilmiş sobada üstü qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: aktiv, əvvəldən, üstünə, vurun, şəkər, yumurta, bölün, birini, oxloynan, kündəyə, şəklində, mayalanmaya, yoğurun, xəmir, Üstünü, örtün, buraxın, ucuna, Sonra, bıçaqla
BİZİ İZLƏYİN