• Qaliley çörəyi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 642

Tarix : 19-09-2014, 23:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q un
1,5 ç.q. qəhvəyi şəkər
1 ç.q. quru maya
1,5 st. qoyun qatığı
su
zeytun
fıstıq
qoz
qurudulmuş pomidor

Hazırlanması:
Unu ələyin. Qəhvəyi şəkər, quru maya, qatıq əlavə edib qarışdırın. Lazım gələrsə, su əlavə edin, xəmir yoğurun. Xəmir halına gələndə zeytun, fıstıq, qoz və qurudulmuş pomidor, azca duz əlavə edib təxminən 10 dəqiqə yoğurun.

Sonra xəmirin üstünü dəsmalla örtüb isti yerə qoyun. 45 dəqiqə sonra yenə yoğurub daha 45 dəqiqə saxlayın.

Kömbə forması verib üzərinə zeytun yağı çəkin (xəmir yapışqan olduğundan əlinizi unlaya, yaxud yağlaya bilərsiniz).

Sobanı 230 dərəcədə qızdırın. Aşağı gözünə bir az dərin sini qoyub içinə 1 st su tökün. Çörək olan sinini isə orta gözə qoyun. 20 dəqiqə 230 dərəcədə bişirin, sonra temperaturu 200 dərəcəyə endirib daha 20 dəqiqə bişirin.
Qaliley çörəyi resepti - FOTO RESEPT

Qaliley çörəyi resepti - FOTO RESEPT

Qaliley çörəyi resepti - FOTO RESEPT

Qaliley çörəyi resepti - FOTO RESEPT

Qaliley çörəyi resepti - FOTO RESEPT

Qaliley çörəyi resepti - FOTO RESEPT

Qaliley çörəyi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, zeytun, əlavə, qoyun, xəmir, yoğurun, bişirin, dərəcədə, sonra, pomidor, fıstıq, qurudulmuş, şəkər, Aşağı, bilərsiniz, Sobanı, qızdırın, yağlaya, olduğundan, yapışqan
BİZİ İZLƏYİN