• Pendirli gözləmə resepti

Reseptin məlumatları Baxış sayı: 16 386

Tarix : 25-09-2014, 23:00

Bölmə : Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 quru (və ya təzə) yuxa
250 q ağ pendir
8-10 budaq cəfəri
0,5 ç.q. pul bibər (iri qırmızı istiot, istəyə görədir)
4 x.q. kərə yağı
4 x.q. qaymaq
duz
qara istiot

Hazırlanması:
Yuxalar qurudursa, sulayın: birini böyük diametrli siniyə yayın. Əlinizlə üzərinə su səpin. O biri üzünü çevirib ora da sü səpin. Hamısını bu cür isladandan sonra iri bir dəsmala büküb yumşalana qədər saxlayın. (Əgər yuxalar təzədirsə (bişməyib, xəmirdirsə), bunu etməyə ehtiyac yoxdur).

İç üçün: pendiri çəngəllə əzin, xırda doğranmış cəfəri, duz, qara istiot və pul bibərlə qarışdırın. Yumşalmış yuxalardan birini masanın üstünə qoyun. Bir kənarından 15 sm hissəni yuxarıya doğru qatlayın. Bu qatladığınız yerə pendirli qarışığın 1/4-ni qoyun. Yuxanın əvvəlcə kənarlarını üstünə qatlayın, sonra isə o biri açıq tərəfini (dördbucaq formada). Digər yuxaları da bu cür hazırlayın.

Qalın dibli tavanı qızdırın. Azca kərə yağı ilə yağlayın. Hazırladığınız gözləməni içinə qoyun. Orta itilikdə odda arada üzərinə su səpərək, altı qızaranadək bişirin. Sonra onu qaldırın, altına kərə yağı çəkin, gözləməni çevirib, üstünə 1 x.q. qaymaq qoyun. Yenə altı qızaranda ocaqdan götürün. O biri gözləmələri də eyni qayda ilə bişirin. Süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: qoyun, istiot, üstünə, səpin, üzərinə, gözləməni, çevirib, bişirin, sonra, birini, qaymaq, qatlayın, cəfəri, doğru, Digər, dibli, yuxaları, Qalın, hazırlayın, yuxarıya
BİZİ İZLƏYİN