• Ev gözləməsi resepti

Reseptin məlumatları Baxış sayı: 235 109

Tarix : 25-09-2014, 16:00

Bölmə : Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q un
1 armudu st. süd
2 yumurta
100 q kərə yağı
şəkər pudrası

Hazırlanması:
Unu ələyin, təpəciyin ortasını çalalayın. İçinə yumurta, süd, 1 ç.q. duz qoyub qarışdırın, su əlavə edib yoğurun. Yaxşıca yoğrulandan sonra oxlovla yayın. Ərinmiş kərə yağını üzərinə çəkin, qatlayın. Büzüşdürün, yenidən yoğurun ki, yağı canına çəksin.

Qoz boyda kündələr tutub nəlbəki boyda yayın. Tavada yağda o üz-bu üz qızardın. Boşqaba düzüb üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
Etiketlər: yoğurun, üzərinə, boyda, pudrası, yayın, şəkər, yumurta, armudu, kündələr, tutub, çəksin, canına, Büzüşdürün, yenidən, nəlbəki, Tavada, səpin, olsun, düzüb, Boşqaba
BİZİ İZLƏYİN